200-ə yaxın qiymətləndirici AQP reyestrinə daxil edilib

Hazırda oxunan: 200-ə yaxın qiymətləndirici AQP reyestrinə daxil edilib

621284

Hazırda 100-dən çox qiymətləndirici təşkilatda çalışan 200-ə yaxın fərdi qiymətləndirici Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) reyestrində qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov qurumun illik hesabat xarakterli mətbuat konfransında deyib.

Palata sədri qeyd edib ki, ötən dövr ərzində qiymətləndirmə peşəsinin inkişafı, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb:
 

"Bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları (IVS 2025) Azərbaycan dilinə tərcümə olunub və yaxın günlərdə qiymətləndiricilərin istifadəsinə təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində qiymətləndiricilərin peşə imtahanlarının təşkili prosesində Palata yaxından iştirak edir".


Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası Prezident İlham Əliyevin Fərmanı ilə 08.12.2023-cü il tarixində yaradılan və ölkəmizdə qiymətləndirmə sektorunun tənzimlənməsini həyata keçirən rəsmi səlahiyyətli qurumdur.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin