Fransanın şimal-qərbində yerləşən Bretan regionunun Finister departamentində kəskin istilər səbəbindən transformatorda baş verən qəza nəticəsində 68 minə yaxın ev elektrik enerjisiz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı departamentin prefekturası özünün "X" sosial şəbəkə hesabında paylaşıb.
Rəsmi bəyanatda qeyd olunur ki, departamentin cənub-qərb hissəsində elektrik kəsintisi davam edir. Texniki səbəblərdən regional elektrik şəbəkələri operatoru (RTE) gün ərzində enerjinin verilişini tam bərpa edə bilməyəcək.
Evlərin şəbəkəyə yenidən qoşulmasının ən tez 24 iyun günün sonuna doğru reallaşacağı gözlənilir. İlk növbədə xəstəxanaların və həssas obyektlərin elektrik təminatına üstünlük verilir.
Ölkədə rekord temperatur: Qırmızı həyəcan siqnalı
Hazırda Fransa ərazisində kəskin anomal hava şəraiti hökm sürür. Sinoptiklər ölkənin 58 departamentində ən yüksək — "qırmızı", 31 departamentində isə "narıncı" təhlükə səviyyəsi elan ediblər.
Həddindən artıq yüksək temperatur fonunda ölkə üzrə 10 minə yaxın təhsil müəssisəsinin iş qrafiki dəyişdirilib və ya fəaliyyəti müvəqqəti dayandırılıb. Dəmir yolu nəqliyyatının hərəkətinə də ciddi məhdudiyyətlər tətbiq olunub.
Son məlumatlara görə, anomal istilərin fəsadları nəticəsində ən azı 5 nəfər həyatını itirib, sərinləmək üçün su hövzələrinə üz tutanlardan isə minimum 40 nəfər boğularaq dünyasını dəyişib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:02 / 24.06.2026
Fransada anomal istilər: 70 minə yaxın ev işıqsız qaldı
Hazırda oxunan: Fransada anomal istilər: 70 minə yaxın ev işıqsız qaldı
Hazırda oxunan: Fransada anomal istilər: 70 minə yaxın ev işıqsız qaldı
621234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































