Azərbaycanda inşaat işləri ilə bağlı yeni qayda

Hazırda oxunan: Azərbaycanda inşaat işləri ilə bağlı yeni qayda

165616
Azərbaycanda inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq.
Bununla bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”x9d qanuna dəyişiklik edilməsi təklif edilib.

Layihə barədə Komitə sədri Rafael Hüseynov məlumat verib.

Qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Dəyişiklik layihəsinə əsasən isə, müvafiq orqanlara məlumat verildikdən sonra həmin qurumlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin