“Azərbaycan Beynəlxalq Bankı”x9d ASC işi ilə bağlı həbs edilmiş daha iki iş adamı azadlığa buraxılıb.
APA-nın məlumatına görə, bankdan kredit götürərək qaytarmamaqda təqsirləndirilən iş adamları Elxan Cavad və Cavid Muxtarov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bu gün həbsdən azad edilib.
Qeyd edək ki, ötən gün “Beynəlxalq Bank işi”x9d ilə bağlı tutulanlardan daha bir neçə nəfər azadlığa buraxılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə “City Developer”x9d MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass”x9d şirkətinin prezidenti Fariz Muradov, “General Construction”x9d şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı”x9d ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit”x9d ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”x9dın icraçı direktoru Aqil Quliyevin barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib.


































































































