350 manata traktor düzəltdi - 100 km-ə 2 litr benzin işlədir-FOTO/VİDEO

Hazırda oxunan: 350 manata traktor düzəltdi - 100 km-ə 2 litr benzin işlədir-FOTO/VİDEO

138624
Qeyri-adi ixtira görənlərin marağına səbəb olur.xa0


Qobustan sakini Famil Şıxəliyev hazırladığı traktor ilə görənləri heyrətləndirib. Fərqli dizayna malik olan bu texnikanın bir çox özəllikləri var. Əsas özəlliyi isə yanacaq sərfiyyatıdır. Belə ki, traktor 100 km məsafəyə 2 litr benzin işlədir. Özünün də dediyi kimi, traktorun hazırlanmasına çox pul xərcləməyib, cəmi 350 manata başa gəlib.xa0


O, əvvəlcə hazırlayacağı texnikanın detallarını toplayıb, zəruri avadanlıqdarı əldə etdikdən sonra qolunu çırmayıb, işə başlayıb. Hələ o vaxt konstruktorun bu ideyanı gerçəkləşdirə biləcəyinə çoxları inanmırdı.xa0


Saatda təxminən 60 kilometr qət edən traktorun hazırlanmasına cəmi 20 gün vaxt sərf edib. 2 nəfər üçün nəzərdə tutulan traktorun yük götürmə qabiliyyəti təxminən 500 kilodur. Əsasən “Vaz”x9d markalı maşının hissələrinin yığılan texnikaya indi tələbat yüksəkdir. Elə qəhrəmanımız da deyir ki, onun məqsədi təsərrüfat işlərində fermerlərə yardımçı olmaqdır, ancaq hələlik bunu satmaq fikri yoxdur.xa0


İndiki vəziyyətdə bu texnika ot, taxıl məhsullarının daşınması üçün nəzərdə tutulan traktoru təkmilləşdirməyi qarşısına məqsəd qoyun gənc ixtiraçı daha çox funksiyaları olan yeni bir texnika hazırlayacağını deyir. (Region TV)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin