"Prezidentin cəbhə bölgəsinə səfəri düşmənin sındırıldığını göz önünə sərmək üçün idi"

Hazırda oxunan: "Prezidentin cəbhə bölgəsinə səfəri düşmənin sındırıldığını göz önünə sərmək üçün idi"

134795
Prezident Ilham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə cəbhə bölgəsinə gəlməsi, Tərtərin ön xətdən cəmisi 200 metrlik bir məsafədə yerləşən Qapanlı kəndinə baş çəkməsinin arxasında təkcə qayğı yox, həm də intensiv mərmi yağışı altında mərdliklə duruş gətirən, evlərinin dağılmasına, itkilər olmasına, xeyli adam yaralanmasına baxmayayaraq təşviş keçirməyən, əksinə orduya qoşulub vuruşmaq istəyən tərtərlilərə və ağdamlılara sayğı dayanırdı.

Moderator.az xəbər verir ki, bunu Tərtərdən olan millət vəkili Sahib Alıyev dilə gətirib.

"Oysa ermənilər ön xətdən xeyli uzaqda yerləşən qəsəbələri belə boşaldaraq qaçıblar və hazırda Ağdərə ölü şəhəri xatırladır" - deyən millət vəkilinin sözlərinə görə, bu səfər tərtərlilərə, ağdamlılara, cəbhə bölgəsində yaşayan digər soydaşlarımıza "mən sizinləyəm, dövlət sizinlədir" deməklə yanaşı, həm də düşmənin saya alınmadığını, onun sındırıldığını, əzildiyini, daha baş qaldıracaq gücdə olmadığını göz önünə sərmək üçün idi.xa0

"Mənə elə gəlir artıq çoxları onu anladı ki, cənab Prezidentin hörmətli Mehriban xanımla Qarabağımızın işğal altındakı bölgələrinə birgə səfərlərinə də çox qalmayıb.

Biz o günü görəcəyik, mütləq görəcəyik!" xa0- deyə, S. Alıyev daha sonra sözlərinə əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin