Türkiyəyə "Kiss" ilə gedəcəksiniz...

Hazırda oxunan: Türkiyəyə "Kiss" ilə gedəcəksiniz...

133420
Gələn ildən etibarən Bakı-Tiflis-Qars istiqamətinə getmək üçün sifariş verilən qatarlar tezliklə ölkəmizə gətiriləcək.
xa0
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, artıq Bakı-Tiflis-Qars istiqamətində işlər tamamilə yekunlaşıb, indi qalıb təkcə qatarların gəlməsi.
xa0
"Bu istiqamətdə hərəkət edəcək 30 qatar sifariş olunub, qatarların 10-u bu ilin birinci yarısı, qalanları isə tədricən ölkəmizə gətiriləcək. Gətirilən qatarlar yüksək standartlara cavab verəcək, qatarlara vay-fay sistemi qoşulacaq. "Stadler Rail" şirkətinə məxsus 30 ədəd yataq tipli sərnişin vaqonunun adı "Kiss"dir. Bu vaqonlar adi, komfort, biznes klass olmaqla bir necə tipə bölünür. Amma bu istiqamətdə əvvəlcə yükün daşınması, sonra isə sərnişin daşınması həyata keçiriləcək", - deyə mətbuat katibi əlavə edib.
xa0
Ümumiyyətlə, 1759 kilometr uzunluğunda salınacaq yeni yol Türkiyə və Azərbaycanla yanaşı, digər qonşu ölkələrə də yüksəksürətli qatarla gedib-gəlməyə imkan verəcək.
xa0
Bakı-Tbilisi-Qars istiqamətində danışıqlar hələ 2014-cü ildən başlanıb. Layihə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən "21 fevral 2007-ci il tarixli Bakı-Tiflis-Qars" layihəsinin həyata keçirilməsi haqqında prezident sərəncamına əsasən maliyyələşdirilir.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin