Ermənilərə qan udduran zabitimiz general oldu - Lələtəpə zəfəri

Hazırda oxunan: Ermənilərə qan udduran zabitimiz general oldu - Lələtəpə zəfəri

132881
Aprelin 2-dən 5-dək Füzuli rayonu istiqamətində Lələtəpə yüksəkliyini düşməndən azadetmə əməliyyatında şəxsən iştrak edən Milli Ordunun zabiti Mais Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov özünün Feysbuk səhifəsində yazıb.
 
Məlumata görə, Mais Bərxudarov prezident tərəfindən general-mayor rütbəsinə layiq görülüb. O, məhdud qüvvə ilə ermənilərin çoxsaylı qüvvələrini darmadağın etdiyi və şəxsi şücaət göstərdiyinə görə general olub. Hərbi ekspertin sözlərinə görə, bu, son 20 ildə döyüş qəhrəmanlığına görə Ali Baş Komandandan bu rütbəni alan ilk zabitimizdir.  
 
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada (həmçinin Milli Qəhrəman adına) layiq görülüb, orden və medallarla təltif olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin