“Qaynanam dedi ki, səni özümə qulluq tutmağa görə almışam”x9d ”“ Rusiyaya ərə gedən qadın

Hazırda oxunan: “Qaynanam dedi ki, səni özümə qulluq tutmağa görə almışam”x9d ”“ Rusiyaya ərə gedən qadın

132020
Qadın həyatı ilə bağlı araşdırmaya start verən Moderator.az ”“ ın əməkdaşı bu dəfə daha bir qadının dəhşətli həyat hekayəsini qələmə alıb. Bu dəfə sizi Ülkərin həyat hekayəsi ilə tanış edəcəyik.

Anam isə yox, cavabı verdi ki, bəs oğlangil kasıbdı...

2000 ”“ ci ildə bibimin qaynı Rusiyadan evlənməyə gəldi. Qohum - əqrabada ona bir neçə qız göstərsələr də, bunların içində məni bəyənmişdi. Sözsöz bundan mənim xəbərim olmamışdı. Məni bibimgildə, yəni öz qardaşının evində görmüşdü. Onda orta məktəbin on birinci sinifində oxuyurdum. Məktəbi bitirəndən sonra, valideynlərim məni bibimin qaynına verdilər. Amma, orta məktəb vaxtından məni qonşumuzdakı oğlan sevirdi: mənim də ona könlüm var idi, əvvəl elçi də göndərmişdi. Anam isə yox, cavabı verdi ki, bəs oğlangil kasıbdı. Bibimin qaynı Rusiyadan gəldiyinə görə, az ”“ çox imkanı var idi, elə bu iştahla anam məni bibimin qaynına verdi.

Qaynanam dedi ki, səni özümə qulluq tutmağa görə almışam...

Evlənəndən sonra həyat yoldaşım Rusiyaya qayıtdı. Evin kiçik oğlu olduğuna görə, mən qaynanamla qalmalı oldum. Həyat yoldaşım o, gedən getdi. Təbii ki, onun bu hərəkəti mənim də valideynlərimin narazılığına səbəb oldu. Qaynanam dedi ki, səni özümə qulluq tutmağa görə almışam. Bu sözə görə çox pis oldum. İki il keçdi və mənim valideynlərimin narazıçılığından sonra, məni Rusiyaya həyat yoldaşımın yanına yola saldılar. Yoldaşımla yaşayırdıq və bir neçə aydan sonra hamilə qaldım. Onu da deyim ki, yoldaşımın ailəsi olduğunu orda bildim. Hamilə qaldığımı eşidən qaynanam zəng vurdu ki, gəlini qaytar geri yanıma gəlsin. Həyat yoldaşım da məni ordan Azərbaycana yola saldı.

Səni unuda bilmirəm, səni həqiqətən sevirəm...

Nəhayət ki, qaynanamın evində oğlum dünyaya gəldi. Hər il uşağın ad günündə oğlum soruşurdu ki, bəs atam nə vaxt gələcək? Hər dəfə uşağa yalan danışırdım ki, bu yaxında gələcək. Düz on il qaynanamın evində gözlədim, amma həyat yoldaşım gəlmədi. Bu qədər illər ərzində qadın olduğumu da unutmuşdum. Nəhayət qərara gəldim ki, məhkəməyə müraciət edib boşanım. Çox keçmədi ki, boşandım, bunu qaynanam istəməsə belə. Bir il sonra xoşbəxt oldum. Belə ki, əvvəl məni sevən oğlan həyat yoldaşından boşandığına görə, təklif etdi ki, evlənək. Səni unuda bilmirəm, səni həqiqətən sevirəm. Belə də etdik və biz evləndik.

O , vaxtdan yoldaşımın anamla arası yoxdu...

Onunda əvvəlki həyat yoldaşından iki oğlu var. Hamısına öz anaları kimi baxıram. Çox xoşbəxtik. Qadın olduğumu indi hiss edirəm. Kaşki anam o, vaxtdı bizi ayırmazdı. O , vaxtdan yoldaşımın anamla arası yoxdu, deyir ki, kasıb olanda nə olar, kim acından ölüb ki, yaşayacaqdıq da. Necə ki, indi yaşayırıq. İndi görürəm ki, düz deyir. Heç kimə arzulamıram ailəsi dağılsın. Bizim cəmiyyətdə qadın üçün çox çətindi. Ailəsi dağılmış qadından hamı istifadə etmək istəyir.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin