Qızını qumarda uduzan atalar var - Dəhşət

Hazırda oxunan: Qızını qumarda uduzan atalar var - Dəhşət

131780
"Son illər ölkəmizdə ailə institutu zəifləyir".


Moderator.az-ın xəbərinə görə bunu Ombudsman Elmira Süleymanova aprelin 13-də Milli Məclisdə (MM) təşkil olunmuş "Ailə xa0institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı dilə gətirib. Onun sözlərinə görə, ailə institutunun zəifləməsində ailə-məişət zorakılıqları, valideyn məsuliiyətsizliyi, boşanmalar, ailmentin ödənilməməsi və digər amillər dayanır.

Onun sözlərinə görə, təəssüflər olsun ki, boşanmalarlın sayı da getdikcə artmaqdadır.


"Ya görürsən oğlan, ər ailəsindən, ya da qız, gəlin ailəsindən ayrılır, boşanır. Hansı ki, əvvəllər xa0bir qızın, oğlanın, gəncin boşanması xəbəri yayılanda bu, az qala cəmiyyətin ciddi rezonansına səbəb olurdu, günlərlə bu məsələ müzakirə edilirdi. İndisə bu məsələ az qala adiləşib. Bəs nə üçün belə oldu? Çünki bunun ilk səbəblərindən biri erkən nikahlardır, qızların erkən nikahlara məcbur edilməsidir. Bununla yanaşı, digər problem xüsusilə, rayonlarda və kəndlərdə nikahların qeydiyyata alınmamasıdır. Bu, rayon və kənd yerlərində özünü çox ciddi şəkildə göstərir. Həmçinin, ailə-məişət porblemlərinin, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri narkomaniya, qumardır. Bu yaxınldarda çox dəhşətli bir faktın şahidi olduq. Ata öz qızını qumarda uduzmuşdu. İnanın ki, hələ də bundan özümə gələ bilmirəm..."-deyə, Ombudsman xa0sözlərinə əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin