Fevralın 23-də rayonumuzun Əliqasımlı kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirildi.xa0
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin və “Azəriqaz”x9d İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Bildirildi ki, 508 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5200 metr müxtəlif diametrli metal borularla daşıyıcı və 25725 metr məhəllədaxili qaz xətləri çəkilmiş,501 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.
Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədov əlamətdar hadisə münasibətilə təbriklərini çatdırdıdı.Sonda RİH başçısı Əziz Əzizov rəmzi məşəli alovlandırıldı.





































































































