İlham Əliyev: Lazımsız dövlət qurumları ləğv olunmalıdır

Hazırda oxunan: İlham Əliyev: Lazımsız dövlət qurumları ləğv olunmalıdır

116692
Lazımsız dövlət qurumları ləğv olunmalıdır.

Moderator.az -ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verilib, təkliflər hazırlanıb.

“Bu sahədə qanunvericilik bazası hazırlanmalıdır və Milli Məclisin növbədənkənar sessiyasında bu məsələyə baxılacaq”x9d, - deyə prezident bildirib.

İlham Əliyev bundan əlavə, beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin