Oğru: "İstəyirdim ki, bir dəfə aparım, babat aparım" - VİDEO

Hazırda oxunan: Oğru: "İstəyirdim ki, bir dəfə aparım, babat aparım" - VİDEO

109336
"Oğurladığım pulla viski, redbul içirdim"

Sumqayıtda 20-yə yaxın quldurluq əməli törədən 19 yaşlı şəxs məsuliyyətə cəlb olunub. 

Sumqayıt şəhər Polis İdarəsinin əməliyyatçıları şəhər ərazisində çoxsaylı oğurluq və quldurluq hadisələri törətməkdə şübhəli bilinən Kənan Ədalət oğlu Bayramovu yaxalayıb. 19 yaşlı Kənan 20-yə yaxın oğurluq və quldurluq hadisələri törətməkdə şübhəli bilinir. 

Yaxalanaraq istintaqa təhvil verilən Kənan Bayramov törətmiş olduğu hadisələri danışmaqdan çəkinməyib:

"Bilə-bilə etməmişəm bunu. Dedim, yəqin 40 min, 50 min götürərəm, qaçıb gedərəm Moskvaya. Dükandan siqaret aparırdım, onu satıb, gedirdim kafeyə, orada xərcləyirdim. Viski, redbul içirdim".

Özünün dediyinə görə, girdiyi evdən çox az məbləğdə pul çıxıb. Bundan sonra ikinci, üçüncü və sair oğurluq və quldurluq hadisələrini törədib. Kənan Sumqayıt polisi Salman Ağayevə məxsus mağazaya basqın edəndən sonra yaxalanıb. Dükana əlibıçaqlı girən Kənan Bayramov oradan pul və tütün məmulatları aparsa da, apardıqlarını xərcləməyə imkan tapmayıb.

"İstəyirdim ki, bir dəfə aparım, babat aparım, özümə şərait qurum. İçəridən çıxandan sonra başımı aşağı salıb, işimi görəcəyəm. Düzgün yolda deyiləm. Oğurluq düzgün yol deyil".

Kamran Bayramova qarşı Sumqayıt şəhər polis idarəsində CM-nin oğurluq və quldurluq maddələri ilə cinayət işi başlanıb. (Region TV)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin