BDU-nun professoru vəfat edib

Hazırda oxunan: BDU-nun professoru vəfat edib

107733
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin professoru vəfat edib. Moderator.az-ın Report-a istinadən xəbərinə görə, fizika-riyaziyyat elmləri namizədi, professor Kazım Həsənov 81 yaşında dünyasını dəyişib. 
Qeyd edək ki, Kazım Həsənov 1934-cü ildə Tovuz rayonunda anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olub. O, 1959-cu ildən vəfat edənə qədər BDU-da çalışıb. 1961-ci ildə akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 
Professor 2009-cu ildə Azərbaycanın "Əməkdar müəllim"i fəxri adına layiq görülüb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin