Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandan İŞİD-ə pul göndərildiyinə dair Rusiyanın “İzvestiya”x9d qəzetinin iddiasına münasibət bildirib.xa0
Komitə sədri AzVision.az-a açıqlamasında yayılan xəbərləri təkzib edərək Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmədiyini deyib.
“Rusiya mətbuatında yayılan xəbərlərin heç bir əsası yoxdur. Azərbaycandan İŞİD-ə pul göndərildiyinə dair ortada konkret fakt yoxdur”x9d.xa0
Qeyd edək ki, Rusiyanın “İzvestiya”x9d qəzeti İŞİD terror qruplaşmasına maliyyə dəstəyi verən ölkələrlə bağlı ilginc məlumat yayıb.xa0
Qəzetin iddiasına görə, dünyanın 40-a yaxın ölkəsindən terror qruplaşmasının hesabına pul köçürülür.xa0
Sözügedən məlumatda Azərbaycanın da adı qeyd edilir. Bildirilir ki, ölkəmizdən də İŞİD-ə maliyyə dəstəyi verilir.xa0
İddia edilib ki, MDB ölkələrindən ilk pillədə Qazaxıstan, ikinci pillədə Azərbaycan, üçüncü yer də isə Türkmənistan gəlir.xa0



































































































