Ətyeyən millət deyilmişik...

Hazırda oxunan: Ətyeyən millət deyilmişik...

106621
Əhalinin əksər hissəsi qırmızı ətlə qidalanır. Hər kəs öz büdcəsinə uyğun olaraq evinə müəyyən çəkidə ət alıb aparır.
Məlum olduğu kimi, bu yaxınlarda Qurban bayramı yekunlaşıb. Bayram ərəfəsində ətin qiyməti, hər il olduğu kimi, qalxdı. Satıcılar ətin qiymətinin yüksəlməsinin müvəqqəti olacağını deyirdilər. Amma adıçəkilən bayramın üstündən iki ay keçməsinə baxmayaraq, ətin qiyməti hələ də stabil olaraq qalır. Maraqlıdır, ətin satış qiyməti niyə əvvəlki vəziyyətinə qayıtmayıb?

Qeyd edək ki, hazırda 1 kiloqram mal ətinin satış qiyməti 6-7 manat civarındadır. Qoyun ətinin satış qiyməti isə 8-10 manat arasında dəyişir.

Məsələ ilə bağlı fikir bildirən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, hazırda ət məhsullarının qiyməti olduqca yüksəkdir: 

"Uzun müddətdir ətin satış qiyməti yüksək olaraq qalır. Ətin qiymətinin baha olmasının səbəbi isə müxtəlifdir. Həmin səbəblərdən biri odur ki, biz ət və ətə olan təlabatı ödəyə bilmirik. Adambaşına illik norma 80 kiloqram olduğu halda, biz bunun təxminən 38-40 faizini ödəyə bilirik. Bu da 35 kiloqram ət deməkdir. 35 kiloqramın 30 kiloqramı daxil istehsal, yerdə qalan 5 kiloqramı isə idxal hesabınadır. Yəni Azərbaycan kifayət qədər ət və ət məhsulları istehsal edə bilmir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, idxal olunan ət məhsulu inhisarda olduğu üçün ölkə əhalisi adıçəkilən təamla normal qidalana bilmir: "Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi fizioloji normaya uyğun olaraq, ölkə əhalisi ət məhsulları ilə qidalana bilmir. Təklif az olduğu üçün qiymət yüksək olaraq qalır".(bakı-xeber.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin