Sabiq nazir biznesini genişləndirir... - FOTOLAR

Hazırda oxunan: Sabiq nazir biznesini genişləndirir... - FOTOLAR

106535
Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan “Çudo Peçka”x9d MMC-nin daha bir kafe-mağazası açılıb.

Musavat.com xəbər verir ki, MMC-nin yeni məntəqəsi Nərimanov rayonu ərazisində Təbriz küçəsində yerləşir. Sabiq nazirin “Çudo Peçka”x9d biznesinin çökməsi haqda mətbuatda xəbərlər yayılsa da, görünən budur ki, H.Babayev biznesini inkişaf etdirməkdə davam edir.

Qeyd edək ki, bu şəbəkənin “İnşaatçılar”x9d, “İçərişəhər”x9d, “Sahil”x9d, “28 May”x9d, “Nəriman Nərimanov”x9d, “Qara Qarayev”x9d, “Əhmədli”x9d, “Elmlər Akademiyası”x9d və “Neftçilər”x9d metrostansiyalarının çıxışlarında da kafe-mağazaları var.

Xatırladaq ki, “Çudo Peçka”x9d şəbəkəsi 2000-ci ilin əvvəllərində iş adamı Çingiz Cəlilov tərəfindən qurulub. İlk fəaliyyətə başladığı vaxtlarda böyük müştəri axını görən “Çudo Peçka”x9d şəbəkəsi sonradan müştəri itirməyə başladı. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”x9ddan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədi, şəbəkəsinin məntəqələrində tez-tez yoxlamalar aparıldı, cərimələr tətbiq edildi.

Ç.Cəlilov kredit borcunu qaytara bilmədiyi üçün MMC-yə daxil olan şəbəkələr “Bank Standart”x9dın girovluğunda qaldı. “Bank Standart”x9d Heydər Babayevin iqtisadi inkişaf naziri olduğu zamanlarda onun biznes şəbəkəsinə daxil idi.

Xatırladaq ki, Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən iqtisadi inkişaf naziri postuna təyin olundu. 2008-ci ildə isə bu postdan uzaqlaşdırıldı.


6bc9aaa54eee Heydər Babayev biznesini genişləndirir FOTOLARa13188378442 Heydər Babayev biznesini genişləndirir FOTOLARe03b108114c7 Heydər Babayev biznesini genişləndirir FOTOLAR
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin