İşğaldan azad edilmiş ərazilərdə quraşdırılan günəş panelləri ilə bağlı YENİ XƏBƏR
Azərbaycanın azad edilmiş ərazilərində indiyədək 2 500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8 000 kVt-dan çox olan günəş panelləri və 8000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.
Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 13-cü iclasında məlumat verilib.
Bildirilib ki, işıqlandırma qurğularının 43 %-i, yəni təqribən 3 500 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.
Energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl texnolo...