Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:40 / 28.07.2026
Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır
Hazırda oxunan: Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır
Hazırda oxunan: Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır
628067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































