Hacan Hacısoy VƏFAT ETDİ

Hazırda oxunan: Hacan Hacısoy VƏFAT ETDİ

628084

Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu barədə Hacan Hacısoyun ailəsindən məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, bu yaxınlarda Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunmuşdu.
 

Hacan Hacısoy elm, diplomatiya və ədəbiyyat sahələrində uzun illər fəaliyyət göstərib. O, bir neçə şeir kitabının müəllifi olmaqla yanaşı, çoxsaylı elmi və bədii əsərlər qələmə alıb.


Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. Onun elmi, ədəbi və diplomatik fəaliyyəti ilə bağlı çoxsaylı kitabları nəşr olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin