Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Hazırda oxunan: Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

628076

İranın öz rəqibləri ilə münaqişəsi fonunda Xəzər dənizi yeni qarşıdurma məkanına çevrilir.

Bizim.Media xəbər verir ki, CNN-in yazdığına görə, xüsusilə Fars və Oman körfəzlərində İran limanlarının blokadası fonunda bu su yolu Tehran və Moskva arasında inkişaf edən tərəfdaşlıq üçün daha böyük əhəmiyyət kəsb edir.
 

Qeyd olunur ki, İran Xəzər dənizi vasitəsilə Rusiya, Qafqaz, Mərkəzi Asiya və Çin ilə ticarət əlaqələrini genişləndirə, həmçinin dolayısı ilə Şərqi Avropa bazarlarına çıxa bilər.


Rusiya üçün də bu marşrut strateji əhəmiyyətə malikdir — o, ölkəni İran və Mərkəzi Asiya ilə birləşdirir, taxıl, polad və digər yüklərin daşınması üçün istifadə olunur.

Lakin Xəzərin əhəmiyyəti ticarətlə məhdudlaşmır.

CNN-in məlumatına görə, Rusiya İranın "Shahed" zərbə dronlarının ilk partiyalarını məhz bu marşrutla alıb.

Əvvəllər Ukrayna İrandan Rusiyaya dron komponentləri və ballistik raketlərin daşınmasında istifadə edildiyi iddia olunan gəmilərə artıq zərbələr endirib.

CNN hesab edir ki, Ukraynanın Xəzər dənizindəki gəmilərə son zərbələri Kiyevin uzaqmənzilli vasitələrdən istifadə imkanlarının genişləndiyini və Rusiya hərbi sənayesini dəstəkləyən logistik zəncirləri pozmaq cəhdini nümayiş etdirir.

Eyni zamanda, bu hücumlar İranın Rusiya hərbi potensialının təmin edilməsində artan rolunu qabardır. (Azad İran)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin