Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Subasma, sel olacaq
Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağışın güclü olacağı, bəzi həssas yerlərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, inten...