Azərbaycandan Ermənistana növbəti neft məhsulları partiyasının yola salınmasına başlanılıb. Biləcəri stansiyasından hərəkətə başlayan yük qatarı Böyük Kəsik istiqamətinə yollanıb.
Bizim.Media xəbər verir ki, bu dəfə Ermənistana 18 vaqondan ibarət, ümumi çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqon daxilində 467 ton dizel yanacağı göndərilib.
Bununla da indiyədək ölkəmizdən Ermənistana ixrac edilən dizel yanacağının həcmi 14 min tonu, Aİ-92 və Aİ-95 markalı benzinlərin ümumi çəkisi isə 4 min tonu ötüb.
Bundan əlavə, Rusiya istehsalı olan malların Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana daşınması da davam edir. Hazırkı dövrədək ölkəmizin nəqliyyat dəhlizləri vasitəsilə Ermənistana 34 min tondan çox taxıl, təxminən 8 min ton gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit çatdırılıb. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:03 / 26.06.2026
Azərbaycandan Ermənistana benzin və dizel göndərildi
Hazırda oxunan: Azərbaycandan Ermənistana benzin və dizel göndərildi
Hazırda oxunan: Azərbaycandan Ermənistana benzin və dizel göndərildi
621670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































