Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ
ABŞ Konqresində keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: İkili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransın iştirakçıları Konqres üzvlərinə müraciət ünvanlayıblar.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə beynəlxalq hüququn norma və prinsiplərinin qərəzsiz, ardıcıl və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin vacibliyi vurğulanıb.
Sənəd müəllifləri xüsusilə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə çağırıblar.
Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına dəstək verməsi, onların...