NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN
Ankarada keçirilən NATO Liderlər Sammitinin yekununda "Ankara Bəyannaməsi" qəbul edilib.
Bizim.Media NATO-nunn saytına istinadla altı bənddən ibarət sənədin mətnini təqdim edir:
1. Biz, Şimali Atlantika Alyansının Dövlət və Hökumət Başçıları, Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq kollektiv müdafiəmizə və transatlantik bağlara sarsılmaz sadiqliyimizi bir daha təsdiq etmək üçün Ankarada toplaşdıq. Birimizə edilən hücum, hamımıza edilmiş hücumdur. Birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz azad və demokratik xalqlardan ibarət Alyansımızın bir milyard vətəndaşı üçün sülhün, təhlükəsizliyin və rifahın təməli olaraq qalır. Biz müdafiə və çəkindirmə sahəsində 360 d...