Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq (Ümumdünya) Qaçqınlar Günü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat XİN-in "X" sosial şəbəkə hesabında paylaşılıb.
"20 iyun - Ümumdünya Qaçqınlar Günündə biz dünyada böyük çətinliklər, qeyri-müəyyənlik, evlərinin və dolanışıq vasitələrinin itirilməsi ilə üzləşməkdə davam edən milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik". - paylaşımda bildirilib.
Qeyd olunub ki, Azərbaycan üçün məcburi köçkünlük məsələsi xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan ərazilərinə qarşı təcavüz və işğal nəticəsində bir milyondan çox azərbaycanlı onilliklər boyu didərginliyə və məhr...