Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

Hazırda oxunan: Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

620422

Türkiyənin tanınmış xalq musiqisi ifaçılarından İsmayıl Altunsaray Ankarada ailəsi ilə birlikdə avtomobildə olarkən hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, hadisə sənətçinin həyat yoldaşı və övladı ilə evə qayıdarkən yol vermə üstündə yaranan mübahisədən sonra baş verib.

İddiaya görə, sürücülərdən biri Altunsarayın avtomobilini uzun müddət təqib edərək onun yaşadığı binanın qarşısına qədər gəlib.

Daha sonra avtomobildən düşən şəxs sənətçiyə hücum edib. Hadisə zamanı avtomobildə olan ailə üzvləri böyük qorxu yaşayıb.

Avtomobildən lentə alınan görüntülərdə İsmayıl Altunsarayın həyat yoldaşının “Etmə, uşaqlar var! Nə qədər tərbiyəsiz adamsan, burada uşaqlar var!” deyə qışqırdığı eşidilir.

Şikayət və görüntülər əsasında polis araşdırmaya başlayıb. Hücumu törədən şəxs saxlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin