Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 21-də İsveçrədə keçiriləcək ABŞ və İranın növbəti danışıqlarında iştirakını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə İrandakı diplomatik mənbəyə istinadən "RİA Novosti" məlumat yayıb.
"Baş nazir Şahbaz Şərif və ordu komandanı Asim Munir iyunun 21-də İsveçrədə ABŞ ilə İran arasında keçiriləcək texniki danışıqlarda iştirak edəcəklər", - deyə agentliyin həmsöhbəti qeyd edib.
Onun verdiyi məlumata görə, səfərə hazırlıq işləri yekun mərhələdədir, logistik hazırlıqlar 70% səviyyəsində tamamlanıb.
Qeyd edək ki, iyunun 20-də ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika dövlət başçısının kürəkəni Cared Kuşnerin İran tərəfi ilə danışıqlar aparmaq üçün İsveçrəyə gəldiyi bildirilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:21 / 20.06.2026
Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK
Hazırda oxunan: Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK
Hazırda oxunan: Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK
620507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































