Krasnodardakı "West Mall" ticarət mərkəzinə silahlı hücum etdiyi üçün saxlanılan gənc binaya “fast-food”un hazırlandığı məntəqədən daxil olub.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə ticarət mərkəzinin təhlükəsizliyinə cavabdeh olan "Asqard" mühafizə təşkilatı məlumat yayıb.
Məlumata görə, binanın həmin əlavə girişində metal detektoru (insanın üzərini axtarmaq üçün istifadə olunan alət) olmayıb.
"Bıçaq onun çantasında və ya gödəkçəsində gizlədilib", — deyə "Asqard"dan bildirilib.
Təşkilatdan həmçinin əlavə ediblər ki, mühafizəçilər təlimata uyğun olaraq operativ hərəkət ediblər: insanları təxliyə edib, dərhal polis çağırıblar.
Xatırladaq ki, iyunun 20-də günorta saatlarında Krasnodarın "West Mall" ticarət mərkəzində bir gənc soyuq silahla insanlara hücum edib.
O, binada bir neçə nəfəri bıçaqla (maçete) yaralayıb və uşaq əyləncə mərkəzinin otağına əldəqayırma partlayıcı (petarda) atıb. Hadisə zamanı bir nəfərin öldüyü bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:47 / 20.06.2026
Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB
Hazırda oxunan: Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB
Hazırda oxunan: Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB
620519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































