Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı İsrailin Livandakı hərbi əməliyyatlarının davam etməsinə cavab olaraq Hörmüz boğazının bağlandığını elan edib.
Bizim.Media xəbər verir ki, Xatəmül-Ənbiya Qərargahı yaydığı bəyanatda xəbərdarlıq edib ki, əgər “təcavüzkar hərəkətlər” davam edərsə, qarşı tərəfi öhdəliklərini yerinə yetirməyə məcbur etmək məqsədilə yeni tədbirlər hazırlanacaq və həyata keçiriləcək.
Açıqlama İran və ABŞ arasında diplomatik təmasların davam etdiyi bir vaxta təsadüf edir.
ABŞ-nin vitse-prezidenti C.D. Vens Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşnerin artıq İsveçrəyə gəldiyini və İran tərəfi ilə danışıqlar aparacağını təsdiqləyib.
Vens bildirib ki, yaxın günlərdə özü də danışıqlara qoşula bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:39 / 20.06.2026
SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI
Hazırda oxunan: SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI
Hazırda oxunan: SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI
620464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































