Moskva Neft Emalı Zavodunun Ukraynanın genişmiqyaslı hücumundan sonra peykdən çəkilən fotoları yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülərdə zavodun infrastrukturuna dəyən ziyan aydın görünür.
“Supernova+” kanalının məlumatına görə, görüntülərdə xam neft, tünd və açıq neft məhsullarının saxlanması üçün çən anbarı, ELOU AVT-6 xam neft emalı qurğusu və ciddi şəkildə zədələnmiş çən vaqonu göstərilir.
Mənbələrə görə, partlayış nəticəsində 10 tonluq qapağı uçan məhz bu çən olub. Deformasiyaya uğramış konstruksiya zərbədən sonra çənin yaxınlığına atılıb.
Xatırladaq ki, Ukrayna tərəfindən iyulun 18-də Moskvaya kütləvi dron hücumu edilib.



Bizim.Media


































































































