İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

Hazırda oxunan: İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

620440

İran nümayəndə heyəti ABŞ ilə aparılan danışıqlarda İsrailin Livana hücumlarının davam edəcəyi təqdirdə Tehranla Vaşinqton arasında dialoqun dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı, “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
 

Məlumata əsasən, İran və ABŞ arasında müzakirə olunan məsələlər içərisində ən mübahisəli mövzulardan biri Livandakı vəziyyət olaraq qalır. Tehran İsrailin Livan ərazisində hərbi əməliyyatlarını danışıqlar prosesinə təsir edən əsas amillərdən biri hesab edir.


Bildirilib ki, Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi bu məsələ ilə bağlı tərəflər arasında mesajların çatdırılmasında rol oynayacaq və yaxın vaxtlarda Tehrana mühüm mesajlar təqdim edəcək.

Qeyd edək ki, dünən İsrail və “Hizbullah” arasında atəşkəs elan edilsə də, bu gün yenidən İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib.

Nəticədə 16 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. 

Xatırladaq ki, ABŞ və İran arasında imzalanan Anlaşma Memorandumunun ilk müddəasında Livanda atəşkəsin dərhal təmin olunması məsələsi öz əksini tapıb. Bundan əlavə, İran rəsmiləri dəfələrlə sülh üçün əsas şərtlərdən biri kimi İsrailin Livana hücumları dayandırmasını irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin