Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Hazırda oxunan: Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

620482

ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner İranla danışıqlar üçün İsveçrədə səfərdədirlər.

Bizim.Media “Axios”a istinadla xəbər verir ki, onlar bazar günü İranla potensial nüvə sazişi üzrə danışıqların ilk mərhələsini keçirəcəklər.

İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlara qoşulmaq üçün şənbə günü İsveçrəyə səfər edib.

Qeyd edək ki, danışıqların cümə günü keçirilməsi planlaşdırılırdı, lakin Livanda İsrail ilə “Hizbullah” arasında gedən döyüşlər səbəbindən təxirə salınıb.

Bu səbəbdən ABŞ Vitse-prezidenti Cey. Di. Vensin səfəri də ləğv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin