Ümumilikdə 13 446 bakalavr magistraturaya qəbul olunub.
Bizim.Media “AzEdu.az”a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Qəbul olunanlardan 934 nəfər qeydiyyatdan keçməyib, nəticədə 2 468 yer boş qalıb.
Boş qalan yerlərin doldurulması məqsədilə avqustun 13-dən 18-dək əlavə ixtisaslaşma seçimi aparılıb. Bu mərhələdə 1 418 nəfər iştirak edib (onlardan 87-si birinci ixtisaslaşma seçimində iştirak etməyib). Nəticədə 617 nəfər magistraturaya qəbul olunub, onlardan 458 nəfər qeydiyyatdan keçib.
Beləliklə, ümumilikdə ixtisaslaşma seçimində 15 612 nəfər (imtahan iştirakçılarının 59,49 faizi) iştirak edib, 12 970 nəfər isə (iştirak edənlərin 83,08 faizi) magistraturaya qəbul olunub.
Qeyd edək ki, bu mexanizm boş qalan yerlərin doldurulmasına və daha çox bakalavrın magistratura təhsili almasına imkan yaradıb.
Bizim.Media



































































































