Polşa Prezidenti Karol Navrotski ukraynalı həmkarı Volodimir Zelenskini "Ağ Qartal" ordenindən niyə məhrum etdiyinə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə "PAP" agentliyi məlumat yayıb.
Navrotski artıq bəyan etmişdi ki, onun mükafatla bağlı qərarı Ukrayna xalqına qarşı yönəlməyib və Rusiya ilə münaqişədə Polşanın Ukraynaya dəstək mövqeyi dəyişməyib. Dövlət başçısı vurğulayıb ki, prezident dövlətin keçmişi, bu günü və gələcəyi üçün məsuliyyət daşıyır.
"Biz qürurlu Polşa xalqıyıq və bizə, eləcə də müttəfiqlərimizə aid olan məsələlərdə öz ağrı həddimiz var. Bu ağrı həddi artıq keçilib", - deyə Navrotski bildirib.
Xatırladaq ki, bundan əvvəl Polşa prezidenti Zelenskini respublikanın ən ali mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmişdi. O, bu addımı Ukrayna Silahlı Qüvvələrinin briqadasına Volın qırğınını törətmiş nasist əlaltılarının adının verilməsi səbəbindən atıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:12 / 20.06.2026
Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI
Hazırda oxunan: Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI
Hazırda oxunan: Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI
620508
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































