Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Hazırda oxunan: Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

620445

İyunun 20-nə keçən gecə Münhendəki (Almaniya) dəmir yolu körpüsündə iki yük qatarının toqquşması nəticəsində iki vaqon təxminən beş metr hündürlükdən küçəyə düşüb. Hadisə zamanı 1 nəfər ciddi xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın rəsmi DPA agentliyi məlumat yayıb.

Şəhər polisinin yaydığı bəyanatda qatarın daxilində hər hansı bir təhlükəli və ya kimyəvi maddənin olmadığı, bu səbəbdən ictimaiyyət üçün heç bir ekoloji və ya digər təhlükə riskinin yaranmadığı vurğulanıb.

Almaniya Dəmir Yolları ("Deutsche Bahn") rəsmiləri bildiriblər ki, qəzanın baş verdiyi xətt yalnız yük daşımaları üçün nəzərdə tutulduğundan, hadisə sərnişin qatarlarının hərəkət qrafikinə təsir göstərməyib.


Hazırda vaqonların düşdüyü avtomobil yolu tamamilə bağlanıb. Aidiyyəti qurumlar qəzanın nəticələrinin aradan qaldırılması və təmizləmə işlərinin bazar gününə qədər davam edə biləcəyini qeyd ediblər.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin