Təhlillər göstərir ki, böyük şəhərlər arasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinə görə Sumqayıt abituriyentləri üstün mövqedədir.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində bildirilib.
Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Müqayisə üçün qeyd edək ki, respublika üzrə qəbul göstəricisi oğlanlar arasında 37,03 faiz, qızlar arasında isə 41,91 faiz təşkil edib", - nəşrdə qeyd olunur.
Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinin müqayisəsi də Sumqayıtın üstünlüyünü ortaya qoyur.
Şəhərdən olan oğlan abituriyentlərin 27,87 faizi, qız abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilən plan yerlərinə qəbul olub ki, bu da respublikanın digər böyük şəhərlərinin müvafiq göstəricilərindən yüksəkdir", - bu da jurnalda yer alan təhlillərdən aydın olur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:32 / 20.06.2026
Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
Hazırda oxunan: Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
Hazırda oxunan: Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
620495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































