İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampa İtaliya siyasətini deyil, öz reytinqini izləməyi məsləhət görüb.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Instagram" hesabında yazıb.
Bundan əvvəl Tramp Meloninin öz reytinqlərini yaxşılaşdırmaq xatirinə ABŞ ilə yenidən dostluq edə bilməyəcəyini bəyan etmişdi.
"Prezident Tramp, bu davamlı və heç bir əsası olmayan hücumların mənası yoxdur. İtaliyadakı populyarlığıma gəlincə isə, sizinlə dostluq etmək açıq-aydın fayda vermir", - deyə Meloni qeyd edib.
İtaliya Baş naziri Trampın İrana qarşı əməliyyat zamanı ABŞ təyyarələrinin İtaliyadakı bazalara buraxılmaması ilə bağlı iddialarına da cavab verib. Meloni bildirib ki, bazalardan istifadə qaydaları qüvvədə olan müqavilələrlə tənzimlənir və Roma bu müqavilələrə hər zaman əməl edib.
Vaşinqton və Roma arasında qalmaqal Trampın Meloninin onunla şəkil çəkdirmək xahişi barədə bəyanatından sonra yaranıb.
İtaliyanın "La7" telekanalına müsahibəsində ABŞ lideri İtaliya Baş nazirinin birgə foto çəkdirmək üçün ona sanki "yalvardığını" iddia edib. Ağ Ev rəhbərinin sözlərinə görə, o, buna razı olmaq istəməyib, sadəcə "ona yazığı gəlib".
Meloni isə "X" sosial şəbəkəsində qeyd edib ki, nə o, nə də İtaliya "heç vaxt heç kimdən heç nə xahiş etmir".
Baş nazir həmçinin Trampın öz müttəfiqlərinə qarşı göstərdiyi hörmətsiz münasibətə təəccübləndiyini ifadə edib.
Bizim.Media



































































































