Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Hazırda oxunan: Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

620441

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan xarici işlər naziri Baxtiyar Saidovla telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baxtiyar Saidov “X” hesabında bildirib.
 

Nazir bildirib ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, həmçinin müxtəlif səviyyələrdə keçiriləcək qarşıdakı tədbirlərin qrafiki ilə bağlı fikir mübadiləsi aparılıb.


“Xüsusi diqqət qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika, enerji və digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəldilib. Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”, - nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin