Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Hazırda oxunan: Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

620259

Məlum olduğu kimi, sürücülük vəsiqəsi sahiblərinə ömürboyu avtomobil sürmək hüququ vermir. Çünki hər 10 ildən bir sürücülük vəsiqəsi dəyişdirilir.

Bəs, nəyə görə sürücülük vəsiqəsi ömürlük verilmir?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sürücülük vəsiqəsinin 10 il verilməsi ilk növbədə yol hərəkətinin təhlükəsizliyinə xidmət edir:
 

“Axı insan ömrü boyu eyni sağlamlıq vəziyyətində qalmır. Görmə qabiliyyəti zəifləyir, fizioloji cəhətdən insan yaşlanıb dəyişir. Həm də vəsiqənin 10 ildən bir verilməsi hesabına sürücülər haqqında məlumat bazası yenilənir. Məsələn,  vətəndaşın yaşayış ünvanını dəyişə, sifətində hansısa əməliyyat keçirə bilər. Məhz vəsiqənin yenilənməsi bu məsələnin aktuallığını təmin edir.


Bundan əlavə, Azərbaycanın sürücülük vəsiqəsi dünyanın bir sıra ölkələrində tanınır.

Həmin sürücülük vəsiqələri ilə bir çox ölkələrdə avtomobil idarə etmək olur. Ona görə də sürücülük vəsiqəsinin 10 ildən bir dəyişdirilməsi təkcə ölkəmizdə yox, Beynəlxalq aləmdə tələb olunan bir məsələdir. Bu səbəbdən də sürücülük vəsiqələri müddətli verilir. Nəzərə alaq ki, sürücülük vəsiqəsi 10 il müddətinə verilir. 70 yaşdan sonra isə sürücülər isə 2 ildən bir tibbi müayinədən keçərək sağlamlıq arayışı almalıdır”.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin