Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Hazırda oxunan: Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

620436

Psixoanalitikanın banisi Ziqmund Freydi bir alim kimi hamı tanıyır. Amma şəxsi həyatı haqqında az adam məlumatlıdır. İlk psixoanalitikin həyatı ilə bağlı sənədlərin əksəriyyəti 2056-cı ilə qədər Konqres Kitabxanasından götürülüb. Bunun alimin öz vəsiyyətinə əsasən edildiyini deyirlər. Amma bu sadəcə bir bəhanədir. İstənilən halda israrlı araşdırmaçılar onun məktublarını, oğlu Martinin xatirələrini əldə ediblər.
 

Freyd 1886-cı ildə 30 yaşında Marta Bernays ilə evlənib. Hələ nişanlı vaxtı xanımına yazdığı məktubda belə deyir: “Əziz şahzadəm, özündən muğayat ol. Gələndə səni qızarana qədər öpəcəyəm və şişənə qədər yedizdirəcəyəm. Əgər müqavimət göstərsən, kimin daha güclü olduğunu görəcəksən: az yeyən zəif kiçik qız, yoxsa qanında kokain olan böyük, vəhşi bir kişi?.."


Cütlüyün altı uşağı vardı. Freyd böyük bir ailədə yaşamağa öyrəşmişdi - onun özünün iki doğma, iki ögey qardaşı və beş bacısı var idi.

Məktublarına əsasən, Freyd uşaqlarına "kiçik yetkinlər" kimi yanaşır, hər birinin fərdiliyini görürdü. Ata ilə uşaqlar arasında heç bir tabu mövzu yox idi. Məsələn, o, qızları ilə menstruasiya haqqında danışırdı.

1920-ci ildə qızı Sofi pnevmoniyadan öldü. O, çox kədərləndi və qızının portretini medalyonda saxladı. Üç il sonra nəvəsi Heinerin ölümü Freydi ümidsizliyə saldı. Deyilənə görə o çox yaxşı ata və nümunəvi həyat yoldaşı olub. Hətta evli uşaqlarını və nəvələrini maddi cəhətdən dəstəkləyirdi.
 

Maraqlıdır ki, uşaqlarının arasında yalnız kiçik qızı, həm də abort etdirmək istədiyi, 3 yaşına qədər üzünə baxmadığı Anna onun yolunu davam etdirib. Anna 13 yaşında olanda atası ona qısa mühazirələr oxumağa və konfranslara aparmağa başladı. 1918-ci ildə psixoanaliz imtahanından keçdi.


Anna heç vaxt ərə getməyib. O, bütün həyatını atasının yanında keçirdi, ona işlərində kömək etdi, konqreslərdə və konfranslarda söyləmək üçün çıxışlar hazırladı. 1938-ci ildə Avstriya Nasist Almaniyasına birləşdirildikdə, Anna və valideynləri İngiltərəyə getməyə məcbur oldular. Orada Anna atasının son gününə qədər - 23 sentyabr 1939-cu ilə qədər ona qayğı göstərirdi.

Yeri gəlmişkən, Anna Freyd uşaq psixoanalizinin banisidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin