Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Hazırda oxunan: Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

620268

İslam İnkişaf Bankı (İİB) Qrupu Bakıda keçirilən İllik Toplantı çərçivəsində 10 üzv ölkə, bir sıra regional institutlar və özəl sektor şirkətləri ilə ümumi dəyəri 6 milyard dollar olan 67 saziş imzalayıb.

Bizim.Media xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İİB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.
 

O bildirib ki, bu, sazişlər kritik əhəmiyyətli sahələri əhatə edir və inkişaf sahəsində yüksək təsirli həllər təqdim etmək üçün vahid və birləşmiş İİB Qrupu kimi qətiyyətli öhdəliklərini təsdiqləyir.


“İİB əlavə olaraq 9 transformasiyaedici layihə üçün 2,8 milyard dollar məbləğində yeni maliyyələşdirməni təsdiqləyib. Bu layihələr üzv ölkələrdə əlaqəliliyin gücləndirilməsinə, enerji təhlükəsizliyinin artırılmasına, ərzaq sistemlərinin inkişafına, iqlim dayanıqlığının möhkəmləndirilməsinə və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə töhfə verəcək”, - deyə Məhəmməd Süleyman Əl-Casir vurğulayıb.

İslam İnkişaf Bankı Qrupunun sədri Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmasına görə təşəkkürünü bildirib.

İİB Qrupunun rəhbəri vurğulayıb ki, bu mükafatı şəxsi uğuru deyil, Qrupun bütün əməkdaşlarının peşəkarlığının, fədakarlığının və uzunmüddətli əməyinin qiymətləndirilməsi kimi qəbul edir:

“Bu ali təltif əslində bütün komandanın nailiyyətidir və üzv ölkələrə, eləcə də bankın fəaliyyətindən faydalanan icmalara xidmət missiyasını daha böyük əzmlə davam etdirmək üçün əlavə stimul yaradır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin