Ukrayna Prezidenti Volodimir Zelenski Belarus-Ukrayna sərhədi boyu Rusiyanın Ukraynadakı obyektlərə pilotsuz uçuş aparatları (PUA) buraxmaq üçün istifadə etdiyi texniki vasitələrin aşkar edildiyini iddia edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Belarusun Qomel və Brest vilayətlərində dörd retranslyator (siqnal gücləndirici) qeydə alınıb. O iddia edir ki, həmin cihazların köməyi ilə Ukraynanın Jitomir, Rovno və Volın vilayətlərinə, həmçinin enerji infrastrukturuna və dəmir yolu qovşaqlarına zərbələr endirilib.
Dövlət başçısı rəsmi Minskin bu avadanlıqları ərazidən yığışdırmaq üçün hələ də imkanı olduğunu qeyd edib.
Bundan əlavə, Zelenski Kiyevin Rusiyanı hərbi ehtiyat hissələri və yanacaqla təmin edən Belarus zavodları haqqında məlumata malik olduğunu vurğulayıb.
O, statistik rəqəmləri də diqqətə çatdırıb: cari ilin yanvar-may aylarında Belarusdan Rusiyaya benzin tədarükünün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə, dizel yanacağının həcmi isə 3 dəfə artıb. Onun sözlərinə görə, bu cür dəstək Moskvanın sanksiya təzyiqlərinə daha asan tab gətirməsinə şərait yaradır və münaqişənin başa çatmasını gecikdirir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:29 / 20.06.2026
Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ
Hazırda oxunan: Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ
Hazırda oxunan: Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ
620516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































