Tanınmış rejissor Kənan MM yaman əsəbiləşib
Moderator.az məlumat verir ki, rejissoru bezdirən, ona aktrisa olmaq, filmə çəkilmək üçün müraciət edən xanım izləyiciləri olub. Kənan MM bu barədə belə qeyd edib: " 10 milyon dəfə demişəm, xahiş etmişəm, yalvarmışam ki, ay millət. əsasən də xanımlar mənə sosial şəbəkədə "direct"ə yazmayın ki, dəhşət istedadım var, özümə güvənirəm, aktrisa olmaq istəyirəm. Bezdim artıq. Allaha and olsun ki, bu sənətə ötəri baxmaq olmaz. Aktrisa olmaq istəyirsiniz? Mən razı, amma bu son cümləni oxuduqdan sonra 10 saniyə vaxtınız var. Başladıq, kamera iri planda çəkir, ağlayın. Ağlamalı səhnə çəkilir, ağlaya bilmədiniz ki?! O zaman get dərslərini oxu, özünü başqa yerdə ara. Allah mənə səbr, sizə ağıl və vicdan versin".




































































































