Sami Yusuf: “Mən belə söz deməmişəm”x9d

Hazırda oxunan: Sami Yusuf: “Mən belə söz deməmişəm”x9d

72080
Tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də kifayət qədər dinləyicisi olan Sami Yusuf jurnalistlərdən narazılıq edib. ANS PRESS-in məlumatına görə, Bakıda konsert verməyə hazırlaşan müğənni demədiyi fikirlərin adından səsləndirməsində şikayətlənib. 

Bu gün keçirilən konsertqabağı mətbuat konfransında jurnalistlərdən biri Sami Yusufa müraciət edərək onun bir vaxtlar dediyi "Mən həyat yoldaşımla tanış olandan sonra qalan bütün qadınların cənazə namazını qıldım" fikrini yada salıb. İfaçı isə cavabında, “bunlar çox gözəl sözlərdir, amma mən belə bir söz deməmişəm”x9d, - deyə qarşılıq verib.

İfaçı insanların onun haqqında müsbət fikirdə olmasını, onu dinləməsini bəyəndiyini bildirsə də, onun adından heç vaxt demədiyi sözlərin yayılmasından şikayət edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin