Günelin nişanlısı ilə fotoları

Hazırda oxunan: Günelin nişanlısı ilə fotoları

46792
Uşaqlıq yaşlarından etibarən Türkiyədə yaşayıb, fəaliyyət göstərən və Azəri Günel kimi tanınan azərbaycanlı müğənni G. Zeynalovanın nişanlısı ilə birlikdə yeni fotoları yayılıb.

Moderator.az-ın məlumatına görə, sosial şəbəkənin aktiv istifadəçisi olan müğənnilərin siyahısından olan ifaçı nişanlısı ilə şəkillərini paylaşıb. 2011-ci ildə nişanlanan cütlük ötən günlərdə təbiətin qoynunda istirahətə yollanıb. 

Qeyd edək ki, xeyli müddətdir İnanc ilə foto paylaşmayan ifaçının bu hərəkəti xoşagəlməz şayiələrə səbəb olmuşdu. Bir çoxları onların ayrıldığı barədə xəbərlər paylaşmışdılar. İfaçı onlara cavab olaraq münasibətlərinə göz dəyəcəyindən, nəzərdən çəkindiyi üçün gözdən kənar yaşadığını bildirib. Ötən gün paylaşdığı şəkillər ilə isə söz-söhbətə birdəfənlik son qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin