Həyat yoldaşının xəyanət etdiyini öyrəndi, məscidin qarşısında boğazını kəsdi

Hazırda oxunan: Həyat yoldaşının xəyanət etdiyini öyrəndi, məscidin qarşısında boğazını kəsdi

629213

Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Hacıyev 15 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il oktyabrın 6-da Şəmkir rayonunun Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1971-ci il təvəllüdlü Arif Hacıyev 1984-cü il təvəllüdlü Röyalə Hacıyeva ilə ailə həyatı qurub və onların birgə nikahdan üç övladları olub. Təsərrüfatla məşğul olan A.Hacıyev bir müddətdən sonra həyat yoldaşının ona xəyanət etdiyini bilib və ər-arvad arasında mübahisə yaranıb.

Məlum olub ki, R.Hacıyevanın evində usta işləyən Mehdi adlı kənd sakini ilə sevgi münasibətləri var. Mübahisə zamanı Röyalə Hacıyeva Arifi evdən qovub.

Bir neçə gündən sonra Arif kənd ərazisindəki məscidin qarşısında Röyalə Hacıyeva və övladı ilə rastlaşıb.O, həyat yoldaşından özünə məxsus paltarlarını istəyib. Həmin vaxt ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı A.Hacıyev övladının gözü qarşısında həyat yoldaşına 7 bıçaq zərbəsi endirərək, boğazını kəsib, onu xüsusi amansızlıqla qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Hacıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və Arif barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin