Naibə Allahverdiyeva səhhəti ilə "oynayan" həkim haqda... - AÇIQLAMA

Hazırda oxunan: Naibə Allahverdiyeva səhhəti ilə "oynayan" həkim haqda... - AÇIQLAMA

259308
Xalq artisti Naibə Allahverdiyeva səhhətinin pisləşməsinə səbəb olanları cəzalandıracaq.

Moderator.az xəbər verir ki, bu haqda aktrisa News24.Az-a açıqlamasında deyib. Arterial təzyiqin qeyri-stabilliyi və əsəb sisteminin pozulmasından dolayı özəl klinikalardan birinə müraciət edən N. Allahverdiyeva ona qoyulan sistemin təsirindən az qala həyatını itirəcəyini bildirib:

"Klinikada halımı görən yaxınlarım təcili məni Respublika Toksikologiya Mərkəzinə yerləşdirdilər. Təsəvvür etməzsiz, mən necə stress yaşadım. Yaxınlarım da mənimlə birgə stress keçirdilər"!

Xalq artisti bildirib ki, özünə gələn kimi baş verənlə bağlı lazımi tədbirlərin görülməsi üçün əlindən gələni edəcək. Analizin cavabını gözləyən aktrisa səhhəti ilə oynayanları cəzalandıracağını vurğulayıb.xa0

N. Allahverdiyeva instagram hesabında yayılmış məlum video ilə əlaqədar onu tənqid edənlərə də cavab verib. O, bildirib ki, videonu fanatlarından biri çəkib və onun öz istəyi ilə instagrama yerləşdirilib:

"Səhhətimin pis olduğu videonu sosial mediada yaymağımın səbəbi o idi ki, insanlar həkimlərin səhvi ucbatından nə hala düşdüyünü görsünlər! Heç kim o cür haldan sığortalanmayıb"!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin