“Onlar şərəfsiz, tərbiyəsiz insanlardır...”x9d - Tahir İmanov

Hazırda oxunan: “Onlar şərəfsiz, tərbiyəsiz insanlardır...”x9d - Tahir İmanov

113331
Ötən gün "JW Marriott Absheron" otelində toyu olan əməkdar artist Tahir İmanovun adından saxta facebook profili açılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Əməkdar artistin oğurlanan profili vasitəsi ilə dostluqlar göndərilir, məlumatlar paylaşılır.

Moderator.az xəbər verir ki, hadisəylə bağlı Tahir İmanov musavat.com-a açıqlama verib. O, bildirib ki, onun heç bir zaman feysbuk profili olmayıb, adı çəkilən profil saxtadır:

"Mənim adımdan nalayiq sözlər yazılıb. Onlar şərəfsiz, simasız, tərbiyəsiz insanlardır".

Əməkdar artist bununla bağlı məhkəməyə müraciət etməyəcəyini də deyib:

"Onlar ən böyük məhkəməyə layiqdir, bu da Allahın cəzasıdır. Dəyərli vaxtımı bu cür olaylara sərf etmək istəmirəm".

Xatırladaq ki, ötən gün Tahir İmanovun toy mərasimi keçirilib. Məlumata görə, onun ailə qurduğu xanım tanınmış model Nigar Əliyevadır.

“Onlar şərəfsiz, tərbiyəsiz insanlardır...”x9d  -  Tahir İmanov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin