"BAXCP İdarə Heyətinin qərarı ilə deputatlığa namizədiyim 44 saylı Sumqayıt - Xızı seçki dairəsindən irəli sürüldü. Artıq bu gün BAXCP - nin səlahiyyətli nümayəndəsi tələb olunan sənədləri 44 saylı Sumqayıt - Xızı Dairə Seçki Komissiyasına təqdim edib və sənədlərin qəbul olunması ilə bağlı arayış alıb”x9d
Bunu Moderator.az - a açıqlamasında BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bundan sonra Dairə Seçki Komissiyasının qərarını gözləyəcək:
"Qanunla 5 gün müddətində baxılmalıdır. İmza vərəqəsi verilən günü imza toplama kampaniyasını aparacağıq. BAXCP-nin Sumqayıt şəhərində çox güclü bazası var. İnanıram ki, qısa müddət ərzində tələb olunan 500 imzanı toplayacağıq.”x9d



































































































